Abşeronda avtomobil 2 mopedlə toqquşdu, ölən var 

Abşeronda avtomobil 2 mopedlə toqquşdu, ölən var 

Hazırda oxunan: Abşeronda avtomobil 2 mopedlə toqquşdu, ölən var 

71453

Abşeronda avtomobillə mopedlər toqquşub, ölən var. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 25-də saat 16 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini N.Alməmmədli idarə etdiyi “Chevrolet” markalı avtomobillə qarşıda gedən Bakı şəhər sakini Rəşid Adıgözəlovun və Xırdalan şəhər sakini V.Xəlilovun idarə etdikləri mopedləri vurub.

Nəticədə R.Adıgözəlov hadisə yerində ölüb, digər mopedçi xəstəxanaya yerləşdirilib. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO