Mağazalardan oğurluq edən 5 nəfər saxlanıldı - FOTO

Mağazalardan oğurluq edən 5 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Mağazalardan oğurluq edən 5 nəfər saxlanıldı - FOTO

71242

Bir neçə rayonda mağazalardan oğurluq edən dəstə üzvləri Ağsuda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsulları oğurlanıb.

Bu barədə obyekt sahibləri Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübəhli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuşlar - Ağsu rayon sakini Sərxan Hüseynov, Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev, eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar.
Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib.

Faktlarla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO