Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu

Hazırda oxunan: Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutuldu

71058

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib zərərçəkənin pencəyini götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib.

A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO