Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - 4 HAKİMƏ SƏRT CƏZA
Ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.
Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Bizim.Media