Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından XƏBƏR var

Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından XƏBƏR var

Hazırda oxunan: Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından XƏBƏR var

70696

Bakıda külli miqdarda oğurluqda təqsirləndirilən Lamiyə Abbasovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb. 
Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları (340 min manat) oğurlanıb. A. Mehdiyev “Şərq-Qərb” nəşriyyatının rəhbəridir. 

Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. 

Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO