Gəncədə çay sahilinə yıxılan qadın belə xilas edildi - VİDEO

Gəncədə çay sahilinə yıxılan qadın belə xilas edildi - VİDEO

Hazırda oxunan: Gəncədə çay sahilinə yıxılan qadın belə xilas edildi - VİDEO

70628

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə Nailə Ağayevanı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO