Bu tarixdə növbəti buraxılış imtahanları keçiriləcək

Bu tarixdə növbəti buraxılış imtahanları keçiriləcək

Hazırda oxunan: Bu tarixdə növbəti buraxılış imtahanları keçiriləcək

70595

Məlum olduğu kimi, aprelin 30-da Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində, mayın 1-də isə Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında,

Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində,

eləcə də xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb) və tədrisi ingilis, fransız dillərində aparılan məktəblərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər //eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO