Vətən Müharibəsi iştirakçılarına sovqatlar verilib

Vətən Müharibəsi iştirakçılarına sovqatlar verilib

Hazırda oxunan: Vətən Müharibəsi iştirakçılarına sovqatlar verilib

7058

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən həssas əhali qruplarına, ailələrə ünvanlanan sosial dəstək həyata keçirilib.

Bizim.Media bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Məlumata görə, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında Aparatın əməkdaşları təsisata müraciət etmiş aztəminatlı ailələrə, habelə hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

Görüşlərdə onlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ombudsmanın təbrikləri çatdırılıb, sovqatlar təqdim edilib.

Vətən müharibəsində iştirak etmiş və hazırda işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçulara da Ombudsman təsisatının sovqatları göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO