Bakı Su İnnovasiya Forumu keçiriləcək - Azərbaycanda ilk  

Bakı Su İnnovasiya Forumu keçiriləcək - Azərbaycanda ilk  

Hazırda oxunan: Bakı Su İnnovasiya Forumu keçiriləcək - Azərbaycanda ilk  

70510

Mayın 17-sində Azərbaycanda ilk dəfə Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) keçiriləcək.  

Bizim.Media-nın məlumatına görə, tədbir sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr ediləcək. 

Forumda 200 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı gözlənilir. 

“AquaLink” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək bu forumda 3 panel olmaqla, hər panel üzrə yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxış edəcəyi tədbirdə aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcək. 

Tədbir zamanı şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcək. 

Baku Marriott Hotel Boulevard-da baş tutacaq və gün boyu (09:00-19:00) davam edəcək forumda iştirak sayı limitli və ödənişsizdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO