İşləyən pensiyaçılar daha çox məbləğ alacaq – Qayda dəyişir 

İşləyən pensiyaçılar daha çox məbləğ alacaq – Qayda dəyişir 

Hazırda oxunan: İşləyən pensiyaçılar daha çox məbləğ alacaq – Qayda dəyişir 

70191

“İşləyən vətəndaşlarımızın pensiyalarının hesablanması qaydasında da dəyişikliklər olacaq. Belə ki, təklif olunan yeni redaktəyə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir”. 

Bizim.Media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramlı “Facebook” səhifəsindəki paylaşımında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qulluq stajına görə əlavələr alan pensiyaçılar kimlərdir?


O bildirib ki, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanır.  

“Bu dəyişikliklərin mahiyyətini sadə dildə izah etsək, işləyən pensiyaçıların yığımı avtomatik olaraq 6 ildən sonra hesabalanaraq pensiya məbləğinə əlavə olunacaq. Bununla da, pensiyanın yenidən hesablanması onların müraciəti olmadan yenidən hesablanacaq və pensiya məbləği artırılacaq. Pensiya ödəniş müddəti isə 12 il (və ya 144 ay) deyil, işlədiyi ayları sayı qədər, amma ən çox 6 il (və ya 72 ay) azaldılacaq”, – deyə deputat qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO