Şirvan xəstəxanasının Doğum şöbəsi kimə SATILIB? – Qapısı bağlanan şöbə işçilərindən ŞİKAYƏT

Şirvan xəstəxanasının Doğum şöbəsi kimə SATILIB? – Qapısı bağlanan şöbə işçilərindən ŞİKAYƏT

Hazırda oxunan: Şirvan xəstəxanasının Doğum şöbəsi kimə SATILIB? – Qapısı bağlanan şöbə işçilərindən ŞİKAYƏT

70187

Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin giriş qapısı qanunsuz olaraq rəhbərlik tərəfindən şəhər sakinlərinin üzünə qapadılıb. Doğum Evinin yeganə və mərkəzi girişinin məqsədli şəkildə hörüldüyü bildirilir.

Şəhər sakinlərinin bildirdiyinə görə, həmin yer başqasına satılmaq üçün şəhər rəhbərliyinin rizası ilə bağlanıb. Hətta bu məsələdə xəstəxana rəbərliyinin şəhər icra başçısından razılıq aldığı barədə də söyləntilər var. 

Məsələ ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsi ilə əlaqə yaratdıq. Özünü təqdim etməyən şöbə işçisi Bizim.Media-ya açıqlamasında sözügedən şöbənin mərkəzi qapısının bir həftəyə yaxındır bağlandığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

5 saylı Kliniki xəstəxanada RƏZALƏT – ŞOK GÖRÜNTÜLƏR 


“Bu qapını düzəldən olsaydı, yaxşı olardı. Biz də çətin durumda qalmışıq. Yolumuz uzaqlaşıb. O qapını açan olsa, Allah dadına çatsın, ona nə qədər dua edərik. 40 il idi ki, o qapıdan istifadə edirdik. İndi şöbəyə giriş üçün xəstəxananın arxa tərəfindəndi və fırlanmağa məcburuq”.

Şöbə işçisi dəstəyi daha sonra həmkarı Kəmalə xanıma ötürüb.

Kəmalə xanım da doğum şöbəsinin mərkəzi qapısının qapadılmasından gileylənib. Amma hansı səbəbdən bu addımın atıldığından məlumatsız olduğunu deyib. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən isə məsələ ilə bağlı yaxın saatda açıqlama verəcəkləri bildirilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO