19 yaşlı oğlan 2 gündür itkin düşüb – FHN axtarışa qoşuldu 

19 yaşlı oğlan 2 gündür itkin düşüb – FHN axtarışa qoşuldu 

Hazırda oxunan: 19 yaşlı oğlan 2 gündür itkin düşüb – FHN axtarışa qoşuldu 

69928

İki gündür itkin düşən Mingəçevir sakinin Qarabağ kanalında batdığı güman edilir. 

Bizim.Media-nın məlumatına görə, 14 aprel tarixində axşam saatlarında evdən çıxaraq bir daha geri dönməyən 2003-cü il təvəllüdlü şəhər sakini Əhmədov Allahverdi Zalış oğlunun doğmaları onun axtarışları üçün şəhər Polis Şöbəsinə müraciət edib. 

Polis əməkdaşları da ilkin araşdırma və ehtimallar üzərinə gəncin Yuxarı Qarabağ kanalının şəhərin Energetiklər yaşayış massivi ərazisindən keçən hissəsində batmış ola biləcəyini diqqətə alaraq FHN-nin aidiyyati xilasermə qurumlarını məlumatlandırıb. 

Buna müvafiq olaraq dalğıc axtarış qrupu kanalda axtarışlara başlayıb. 

Qeyd edək ki, kanal üzərindəki körpüdə balıq tutan yerli sakinlərdən birinin verdiyi ilkin məlumata görə ərazidə gənc oğlan müşahidə edib, sonra isə kanaldan səs eşidib. 
Faktla bağlı araşdırmalar davam edir. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO