Bakının küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının küçələrində hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakının küçələrində hərəkət məhdudlaşdırılacaq

69861

Sabah saat 9:00-dan, 17 aprel saat 20:00-dək Azadlıq prospektinin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, prospektdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO