Bakıdakı qətlin təfərrüatı: 19 yaş kiçik arvadını niyə güllələdi? - VİDEO

Bakıdakı qətlin təfərrüatı: 19 yaş kiçik arvadını niyə güllələdi? - VİDEO

Hazırda oxunan: Bakıdakı qətlin təfərrüatı: 19 yaş kiçik arvadını niyə güllələdi? - VİDEO

68477

Bakıda küçədə dəhşətli cinayət olub. Kişi odlu silahla əvvəlcə keçmiş arvadını, daha sonra isə özünü gülləyib. Hər iki şəxs elə hadisə yerindəcə ölüb. Məlumata görə, onlar bir müddət əvvəl boşanıblar. Hadisənin hansı zəmində baş verməsi istintaqla araşdırılır. 

Bizim.Media xəbər verir ki, kişi keçmiş həyat yoldaşını küçədə insanların gözü önündə güllələyərək qətlə yetirib.

Ağır cinayət günorta saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Baş Prokurorluqdan verilən məlumata görə, 25 yaşlı Misli Xəlilova və 44 yaşlı Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda kişi tüfənglə keçmiş arvadını öldürdü: SONRA İNTİHAR ETDİ - VİDEO 


Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. Aparılan araşdırmalarla məlum olub ki, Misli Xəlilovanı keçmiş əri Rasim Xəlilov qətlə yetirib.

Prokurorluqdan verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı olub. Şahidlər hadisəni belə xatırlayırlar.

Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub. İnternet portallarında yayılan məlumata məlumata görə, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar.
Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.

Həmin gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib. Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO