Gəncədə 10 yaşlı uşaq xəstəxanada öldü – SƏBƏBİ AÇIQLANDI

Gəncədə 10 yaşlı uşaq xəstəxanada öldü – SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Gəncədə 10 yaşlı uşaq xəstəxanada öldü – SƏBƏBİ AÇIQLANDI

68286

Gəncədə 10 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasında Qazax rayonunun Daş Salahlı kənd sakini 2012-ci il təvəllüdlü İsrail Mehdiyev vəfat edib. 

Xəstəxanadan bildirilib ki, uşaq tibb müəssisəsinə 2 gün bundan əvvəl aqonal vəziyyətində gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlının həyatını qurtarmaq mümkün olmayıb.
10 yaşlı İsrail Mehdiyev anadan gəlmə  serebral iflic xəstəliyindən əziyyət çəkirmiş. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO