“Azərbaycan Dəmir Yolları”nın vaqonu YANDI

“Azərbaycan Dəmir Yolları”nın vaqonu YANDI

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”nın vaqonu YANDI

68234

Şəmkir rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus vaqonda yanğın olub. 

Bizim.Media-nın yerli bürosunum məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsindəki eyniadlı stansiyasında qeydə alınıb. 

Belə ki, dayanan Səngəçal stansiyasına məxsus vaqonda anidən yanğın başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. 

Yanğın şəxsi heyət tərəfindən dərhal söndürülüb, vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Hələlik hadisənin baş vermə səbəbi məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb. 
 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO