Nazirlik 1959 nəfər şəhid ailəsi üzvü və qazini işlə təmin etdi

Nazirlik 1959 nəfər şəhid ailəsi üzvü və qazini işlə təmin etdi

Hazırda oxunan: Nazirlik 1959 nəfər şəhid ailəsi üzvü və qazini işlə təmin etdi

67380

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 627-yə çatıb.

Həmin işəgötürənlərdən 332-si dövlət, 295-i isə özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 4363-ə çatıb.
Təqdim edilən vakansiyalar üzrə artıq 1959 nəfər işlə təmin edilib. Onlardan 1599 nəfəri qazi, 360 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO