Bakıda əcnəbi qadını qətlə yetirən şəxs azadlıqdan məhrum edildi

Bakıda əcnəbi qadını qətlə yetirən şəxs azadlıqdan məhrum edildi

Hazırda oxunan: Bakıda əcnəbi qadını qətlə yetirən şəxs azadlıqdan məhrum edildi

67366

Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbi qadını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, prosesdə zərərçəkmiş şəxsin vəkili təqsirləndirilən şəxs Elçin Ələkbərovun cinayəti bilərəkdən və qəsdən törətdiyini bildirib və ona ən ağır cəzanın verilməsini istəyib.

Təqsirləndirilən şəxs E. Ələkbərov isə vəkilə etiraz edib. O bildirib ki, hadisəni törətməsindən peşmandır və o bu hadisəni törətməyə Vadar olub.

Təqsirləndirilən şəxsin vəkili isə cinayət işinin təzələnməsini istəyib və bu barədə məhkəməyə vəsarət təqdim edib.
Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Elçin Ələkbərov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Özbəkistan Respublikası vətəndaşı Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO