Azərbaycanın Əməkdar rəssamı həbs edildi

Azərbaycanın Əməkdar rəssamı həbs edildi

Hazırda oxunan: Azərbaycanın Əməkdar rəssamı həbs edildi

67170

Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı vəkil Adəm Məmmədov Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Rəşad Ələkbərov Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdar rəssamıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO