QMİ-nin təyin etdiyi 15 manat fitrə MƏCBURİDİRMİ? – İlahiyyatçılardan maraqlı CAVAB

QMİ-nin təyin etdiyi 15 manat fitrə MƏCBURİDİRMİ? – İlahiyyatçılardan maraqlı CAVAB

Hazırda oxunan: QMİ-nin təyin etdiyi 15 manat fitrə MƏCBURİDİRMİ? – İlahiyyatçılardan maraqlı CAVAB

67136

Xəbər verildiyi kimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. QMİ tərəfindən açıqlanan məbləğ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə 10-15 manatlıq fitrə zəkatının aztəminatlı ailələr üçün çox olduğu müzakirə yaradıb. 

Bəs, həmin məbləğdə zəkat ödəyə bilməyən ailələr nə etməlidir? Ümumiyyətlə “Qurani-Kərim”də zəkatla bağlı məbləğ varmı? Fitrə çıxarmayan günah edirmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda zəkatın miqdarı və nə qədər veriləcəyi anlayışı yoxdur:

“Fitrə Ramazan bayramını qeyd etmək üçün insanlara imkanlıların ödəməli olduqları bir məsələdir. Hər kəs imkanı qədər zəkat verə bilər. Bir bayramı nə qədər məbləğlə qeyd edə bilirik? Yaxud bir öyünə nə qədər xərcləyirik? Niyə insanlara bu qədər rəqəm veririk və ya verməliyik? Guya Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması ilədimi bu məsələ? Bu gün onların sözünə əhəmiyyət verən nə qədər insan, ciddiyə alan nə qədər dindar və ya müsəlman var? O qurum sadəcə mollalarla, nəzirlərdən yığılan pullarla, məscidlərin ehsan məclislərindın əldə etdikləri yığımlarla məşğul olur, pir və ocaqlardan gələn vəsat üzərində çalışırlar”. 

Elşad Mirinin sözlərinə görə zəkat məsələsi adama, zamana, yerinə görə dəyişir:

“Azərbaycanda 10-15 manata bir öyün yeyə bilirikmi? Bəzən Ramazan ayında şahidi olmuşuq. QMİ iftar süfrəsi verir. Gəlin görək, onların süfrəsi iftar, ya israf süfrəsidir? Yoxsa, həqiqətən də kasıbların orada olduqları iftar süfrəsi olur? İnsanlar bu məsələni öz imkanlarına və vicdanlarına uyğun olaraq dəyərləndirməli, ürəyindən gəldiyi kimi, yəni Allahın da Quranda bildirdiyi kimi “sevdiyimiz qədər” ödəniş etməlidir”.

İlahiyyatçı Tural İrfanın fikrincə, fitrə zəkatı oruc tutanlar üçündür:

“Təbii ki, oruc tutan şəxs istər imkanlı, istərsə də imkansız olsun, bir ay ərzində günorta yeməyini yemir. Bu da ayın sonunda Qazılar Şurasının qeyd etdiyi məbləğin ödənməsinə zəmin yaradır. Yəni, sanki insan 30 gün ərzində otuz yönəlik yeməyini və ya onun pulunu özü istifadə etməyib ayın sonunda imkansız şəxslərə verir. Elə ailələr var ki, onların özü fitrə zəkatına möhtacdırlar. Məsələn, elə şəxslərə fitrə vermək vacib deyil. Onun əvəzinə Allaha dua, istiğfar etməlidirlər”.

İlahiyyatçı qeyd edib ki, orucluğun fəlsəfəsi həm maddi, həm mənəvi, həm də cismani paklanmadır:
 

“Bu baxımdan yaxşı olar ki, ayın sonunda hər bir oruc tutan imkanı daxilində kasıblara nəsə versin. Lakin varlı adamların qeyd edilən 15 manatı verməsi xəsislik olardı. Artıq verməyin savabı daha çoxdur.


İmkanlı şəxslər bir milyon manat da verə bilər. Təəssüf ki, Azərbaycanda elə imanlı möminlər hələ ki, yoxdur. Oruc tutmayanlar da imkanı daxilində Ramazan ayının sonunda kasıblara fitrə, sədəqə verməlidirlər. Üzrlü səbəbdən oruc tutmayanlar, xəstələr, qocalar isə ixtiyar sahibidirlər. Əgər imkanları varsa vermələri daha münasibdir. Yox, əgər imkanları normal deyilsə, verməyə bilərlər. Ən gözəli odur ki, bu xalqımız arasında bir ənənəyə çevrilsin. Qocalar evlərinə, yetimlər evinə, qadın və uşaq sığınacağına, sosial yardıma möhtac olan ailələrə kütləvi şəkildə fitrə zəkatları paylansın”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO