MİDA 500-ə yaxın mənzili 4 saniyədə

MİDA 500-ə yaxın mənzili 4 saniyədə "satıb": MAKLERLƏR İŞİ BİZNESƏ ÇEVİRİBLƏR 

Hazırda oxunan: MİDA 500-ə yaxın mənzili 4 saniyədə "satıb": MAKLERLƏR İŞİ BİZNESƏ ÇEVİRİBLƏR 

67112

"Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı  Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatdı. 500-ə yaxın mənzil müəmmalı şəkildə 3-4 saniyədə satıldı”. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Amin Nəzərli məlumat verib:  

Onun sözlərinə görə, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür. 

“Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). Yəni qısaca MİDA-ya bir NİDA!". 

Xatırladaq ki, MİDA mənzillərinin maklerlər vasitəsi ilə satışı barədə iddialar geniş yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO