Bakıda QƏTL - Kirayəçi otaq yoldaşını öldürdü

Bakıda QƏTL - Kirayəçi otaq yoldaşını öldürdü

Hazırda oxunan: Bakıda QƏTL - Kirayəçi otaq yoldaşını öldürdü

67054

Bakıda qətl hadisəsi olub.

Suraxanı rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 50 yaşlı Fəxrəddin Əsədovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 56 yaşlı Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanlb. Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO