Ağstafada AĞIR QƏZA: Ölənlər və yaralananlar var - FOTO/YENİLƏNİB

Ağstafada AĞIR QƏZA: Ölənlər və yaralananlar var - FOTO/YENİLƏNİB

Hazırda oxunan: Ağstafada AĞIR QƏZA: Ölənlər və yaralananlar var - FOTO/YENİLƏNİB

66923

Ağstafada qəza nəticəsində zərərçəkənlərin şəxsiyyətləri məlum olub.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində 2 nəfər - Ağstafa rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədova Familə Fərman qızı, Qazax rayon sakini - 1962-ci il təvəllüdlü Nağıyev Mail Hüseyn oğlu hadisə yerində ölüb.

Xəsarət alan 2003-cü il təvəllüdlü Qasımov Nicat Əli oğlu, 1951-ci il təvəllüdlü Əmiraslanov Əmialı İnəci oğlu və daha 3 nəfər isə Qazaxda xəstəxanaya yerləşdirilib.

Məqsəd Rəhimov, Bizim.Media

13.58 ***

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə-Qazax xətt marşurutu üzrə sərnişindaşımanı həyata keçirən "Mercedes" markalı mikroavtobusla yük avtomobili toqquşub. 

Baş verən ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO