Şəkidə fərdi yaşayış evi yanıb.
Bizim.Media xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Lətafət Seyfullah qızı Əliyevaya məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:45 / 27.03.2022
Şəkidə yanğın – Ev əşyaları külə döndü
Hazırda oxunan: Şəkidə yanğın – Ev əşyaları külə döndü
Hazırda oxunan: Şəkidə yanğın – Ev əşyaları külə döndü
66640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.