Ötən sutka neçə nəfər xilas edilib? – FHN-in STATİSTİKASI

Ötən sutka neçə nəfər xilas edilib? – FHN-in STATİSTİKASI

Hazırda oxunan: Ötən sutka neçə nəfər xilas edilib? – FHN-in STATİSTİKASI

66598

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 1 köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb və insanların həyatının xilas edilməsi təmin olunub.

Sutka ərzində FHN-in qüvvələri tərəfindən ümumilikdə 5 nəfər, o cümlədən paytaxtın Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəqliyyat vasitəsinin arasında sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Həmçinin Bakı şəhəri Binəqədi rayonunda baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO