Bakıda üçmərtəbəli evdə yanğın, ölən var

Bakıda üçmərtəbəli evdə yanğın, ölən var

Hazırda oxunan: Bakıda üçmərtəbəli evdə yanğın, ölən var

66535

Bakıda evin zirzəmisində yanğın olub, ölən var.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 330 m² (hər mərtəbəsi 110 m²) olan mansarda tipli üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Əliyev Orxan Tahir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO