Bakıda yanan mənzildə kişi meyiti aşkar edildi

Bakıda yanan mənzildə kişi meyiti aşkar edildi

Hazırda oxunan: Bakıda yanan mənzildə kişi meyiti aşkar edildi

66100

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı mənzildən kişi meyiti aşkar edilib.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın binanın beşinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzildə baş verib.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Abbasov Nadir Ağadadaş oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO