Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan - FOTO

Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan - FOTO

Hazırda oxunan: Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan - FOTO

65862

Pəhləvan Xəlilulla Süleymanov ölkəmizin şimal bölgəsində çox məşhurdur. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, 66 yaşlı Xəlilulla Süleymanov ömrünün 50 ilindən çoxunu pəhləvanlığa həsr edib. 

Xaçmaz rayonunda el şənliklərinin ən sevimli qonaqlarından olan qocaman pəhləvanın təqdim etdiyi bir-birindən maraqlı nömrələr illər keçsə də, bu gün də tamaşaçıların marağına səbəb olur. 

1982-ci ildən pəhləvan kimi fəaliyyət göstərməyə başlayan Xəlilulla Süleymanov respublikada məşhurlaşdıqdan sonra dünyanın 30-dan çox ölkəsində qastrol səfərlərində uğurla çıxış edir. 

“Ölkəmizin ən qocaman pəhləvanlarındanam. 26 il sim pəhləvanı kimi də fəaliyyət göstərmişəm. Kəndirbazlıq üzrə respublika festivallarının qalibi olmuşam. Lakin daha çox güc pəhləvanı kimi tanınmışam. Ölkəmizin demək olar, bütün rayonlarında çıxış etmişəm”, - deyə X.Süleymanov söyləyib. 

70-ə yaxın yaşı olsa da, Xəlilulla Süleymanov bu gün də 500 kiloqrama qədər daşları bir dəfəyə qaldırır. Təcrübəli pəhləvanın proqramında 30-dan çox nömrə var. 

“Hər güclü adamdan pəhləvan olmaz. Bu, çox çətin sənətdir. Avtomobil dartmaq, kürəyimdə daş sındırmaq və başqa sevilən nömrələri illərdir davamlı edirəm. Boynumda 480-500 kiloqram daşla səhnədə oynayıram.

Bu, ən sevimli nömrələrimdəndir. Mənim babalarım güclü pəhləvanlar olub. İndi tələbələrim var. Bu el sənətinin sirlərini onlara öyrədirəm”, - deyə pəhləvan əlavə edib. 
Xəlilulla Süleymanov fiziki gücü imkan verənədək bu el sənətini yaşadacağını, maraqlı nömrələri ilə tamaşaçılar qarşısında çıxış edəcəyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO