Cəlilabadda əkin sahələrini su basdı - FOTO

Cəlilabadda əkin sahələrini su basdı - FOTO

Hazırda oxunan: Cəlilabadda əkin sahələrini su basdı - FOTO

65820

Cəlilabaddda əkin sahələrini su basıb. 

Bizim.Media xəbər verir ki, rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb. 

Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb. 

Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb. 

Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.(Report) 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO