Cəlilabadda daşqın kəndləri işıqsız qoydu

Cəlilabadda daşqın kəndləri işıqsız qoydu

Hazırda oxunan: Cəlilabadda daşqın kəndləri işıqsız qoydu

65698

Cəlilabad rayonunun 7 kəndi işıqsız qalıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aramsız yağan yağışlar nəticəsində bir sıra yaşayış massivləri və açıq sahələr subasmaya məruz qalıb. 

Dağlarda yaranan daşqınlar elektrik təsərrüfatında da qəzalara səbəb olub. Dirəklər aşıb, xətlərdə açılmalar baş verib. 

Göytəpə 35/10 kv- luq yarımstansiyada bərpa işləri tamamlansa da, digər istiqamətlərda kəndlərin elektrik verilişində problemlər qalmaqdadır.

Ağdaş, Soyuqbulaq, Dağlıq, Ağtaxana, Ağbulaq, Vəlik, Fətulla və Oğrubulaq kəndlərinin sakinləri işıqsız qalıb. 

Ərazini elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli xətt daşıyıcı dirəklər su basan ərazilərdə qaldığı üçün təmir işlərində çətinliklər var. 

Qəzaların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO