Əlilliyi olan 2 mindən çox şəxsə reabilitasiya vasitələri verildi

Əlilliyi olan 2 mindən çox şəxsə reabilitasiya vasitələri verildi

Hazırda oxunan: Əlilliyi olan 2 mindən çox şəxsə reabilitasiya vasitələri verildi

64719

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin iki ayında 2046 nəfər əlilliyi olan şəxsi 8,8 min reabilitasiya vasitəsi ilə təmin edib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, 2020-ci ilin dekabr ayından etibarən Nazirlik tərəfindən müharibə əlillərinin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlanıb.

Cari ilin əvvəlindən də daha 17 müharibə əlilinə həmin protezlər təqdim edilib.

Ümumilikdə Vətən müharibəsindən sonra müharibənin 187 iştirakçısı 197, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş 69 şəxs isə 74 ədəd yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin olunub.

Yanvar-fevral aylarında Agentliyin reabilitasiya müəsisssələrində 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO