Azərbaycanın ən biabırçı məktəbi

Azərbaycanın ən biabırçı məktəbi

Hazırda oxunan: Azərbaycanın ən biabırçı məktəbi

64073

Lerik rayonunun Dico kəndində yerləşən məktəb binası acınacaqlı vəziyyətdədir. Əslində ilk baxışda məktəb binasını xatırlatmayan bu tikilidə normal təhsil üçün şərait yoxdur. 

Sosial şəbəkələrdə Lerik rayonunun Dico kənd məktəbinin görüntüsü yayılıb. Uzunluğu 5 metr, eni isə 3 metrdən ibarət tikilidə bir müəllim olmaqla cəmi 2 şagird təhsil alır.

Şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar. Sözügedən müəssisədən həm də seçki məntəqəsi kimi istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

165 saylı məktəbdəki biabırçılığa direktor müavinindən REAKSİYA - “Məndən niyə soruşursunuz?”


Məsələ yenidən aktuallaşıb və XXI əsrdə bərbad görünüşə malik məktəblə bağlı aidiyyəti qurumlar sərt tənqid edilib.

Qeyd edək ki, sözügedən kənddə 13 ev var. Buna baxmayaraq kəndin II Qarabağ müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən cavab ala bilmədik.

Xatırladaq ki, Prezident İlham Əliyev bölgələrdə modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bu cür məktəblər modul tipli məktəblərlə əvəzlənir. Son 10 il ərzində ölkədə fəaliyyət göstərən  4472 orta məktəbin 3 minə qədəri təmir olunub, yenidən tikilib və ya bərpa olunub.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO