165 saylı məktəbdəki biabırçılığa direktor müavinindən REAKSİYA - “Məndən niyə soruşursunuz?”

Hazırda oxunan: 165 saylı məktəbdəki biabırçılığa direktor müavinindən REAKSİYA - “Məndən niyə soruşursunuz?”

57237

Azərbaycanda sinif otağında şagirdlərin müəllimin gözü qarşısında qeyri-etik və biabırçı hərəkətləri ilə bağlı məsələ aktual olaraq qalır. Görüntülərdə bir şagirdin partanın üstünə ayağını qoyduğu, digərlərinin isə sinif otağında sərbəst hərəkət edərək əllərindəki portreti müəllimin başına vurmaq istədiyi görünür.

Müəllimin isə əyləşdiyi yerdə baş verənlərə heç bir reaksiya vermədiyi əks olunur. 

Həmin görüntülərin Xətai rayonunda yerləşən 165 saylı məktəbdə çəkildiyi iddia olunur. Məsələ ilə bağlı hələki Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi rəsmi açıqlama verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO


165 saylı məktəbin direktorunun təşkilat məsələləri üzrə müavini Şəlalə Orucova Bizim.Media-ya açıqlamasında təhsil ocağında belə bir hadisənin yaşanmadığını, məktəbdə nizam-intzam qaydalarının formalaşdığını deyib:

“Bu məsələ haqda məlumatım yoxdur və bizim məktəbdə belə hadisə olmayıb. Araşdırmanı kim aparıb, kim üzə çıxarıbsa, ondan soruşun. Məndən niyə soruşursuz? Bu söhbətə ayıracaq çox vaxtım yoxdur. Məktəbimizdə nizam-intizam qaydaları formalaşıb. Mən məktəbimiz haqda sizə nə məlumat vermək iqtidarındayam, nə də bu məsələ barədə danışmaq istəyirəm. Sözümü dedim”, deyə direktor müavini bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov görüntülərin Azərbaycan məktəbində baş vermədiyini bildirmişdi. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO