İraq və Suriyadan gətirilən azərbaycanlıların sayı açıqlandı 

İraq və Suriyadan gətirilən azərbaycanlıların sayı açıqlandı 

Hazırda oxunan: İraq və Suriyadan gətirilən azərbaycanlıların sayı açıqlandı 

63865

Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin iştirakı ilə 2018-ci ildən bu günə qədər İraq həbsxanaları və uşaq evlərində yaşayan ümumilikdə 288 nəfər (286 azyaşlı və 2 qadın) Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya edilib. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. 

Hesabatda qeyd edilib ki, 2021-ci ildə İraq və Suriyadan 69-u uşaq və 12-si qadın olmaqla ümumilikdə 81 nəfər Azərbaycana gətirilib. 

Aidiyyəti qurumlar tərəfindən repatriantların reabilitasiya və reinteqrasiyası prosesi təmin edilib. Repatriasiya prosesinin 2022-ci ildə də davam etdirilməsi nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO