23 yaşlı Aytacın ölümünə görə ərinin sevgilisi də tutuldu - RƏSMİ 

23 yaşlı Aytacın ölümünə görə ərinin sevgilisi də tutuldu - RƏSMİ 

Hazırda oxunan: 23 yaşlı Aytacın ölümünə görə ərinin sevgilisi də tutuldu - RƏSMİ 

63834

Qəbələdə qadının qətlinə görə daha bir şəxs tutulub. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə qadın qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA – Qatil oğlu ilə birgə...


İstintaqla müəyyənləşib ki, 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyeva zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olub, sonuncu boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq sözünə əməl etməyib.

R. Nəbiyeva "Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi" görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və sonuncunun 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girib. Onlar zərərçəkmiş şəxsin yaşadığı evə gələrək Aytacı oğurlayıb Şəki şəhərində yaşadıqları evə aparılıb saxlanması barədə razılığa gəliblər.

İstinaq nəticəsində, adıçəkilən şəxslərin Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamasına cəhd etməsinə, daha sonra isə Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 144.2.4 (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO