Saatlı və İsmayıllıda yaşayış evi yandı

Saatlı və İsmayıllıda yaşayış evi yandı

Hazırda oxunan: Saatlı və İsmayıllıda yaşayış evi yandı

63601

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 252 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət (arakəsmə divarlar və tavan qamışdan ibarət) evin yanar konstruksiyaları yanıb.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Bundan başqa, İsmayıllı şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin mətbəxində mebel 3 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 16 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO