Novxanı qəsəbəsində gül almaq istəyən qadının avtomobili oğurlandı – FİLM KİMİ OLAY

Novxanı qəsəbəsində gül almaq istəyən qadının avtomobili oğurlandı – FİLM KİMİ OLAY

Hazırda oxunan: Novxanı qəsəbəsində gül almaq istəyən qadının avtomobili oğurlandı – FİLM KİMİ OLAY

63386

Novxanı şossesində gül almaq istəyən qadının maşını oğurlanıb.

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi-Novxanı şossesində qeydə alınıb.

Məmmədova Könül Zakir qızı gül almaq üçün Novxanı qəsəbəsində “Mitsubishi” markalı nəqliyyat vasitəsindən enib.

Bu zaman həmin ərazidə olan Quliyev Vidadi Aydın oğlu avtomobilin qapılarının açıq olduğunu görüb və dərhal nəqliyyat vasitəsini işə salaraq ordan uzaqlaşıb.

V.Quliyev qaçırdığı avtomobili Binəqədi Novxanı şossesində bir neçə maşına çırpıb. Avtomobil yanmağa başlayıb.

Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib. Avtomobili oğurlamaqda şübhəli bilinən V.Quliyev Abşeron Dövlət Yol Polis Şöbəsinin 99-YP-102 dövlət nişanlı avtomobilində xidmət aparan Əli Cavadov və Qalib Mirzəyev tərəfindən saxlanılıb.

Saxlanan şəxs yol polisləri tərəfindən Post Patrul Xidmətinə təhvil verilib. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO