Qaradağda hərbi sursatlar aşkarlandı, əraziyə giriş məhdudlaşdırıldı - VİDEO

Qaradağda hərbi sursatlar aşkarlandı, əraziyə giriş məhdudlaşdırıldı - VİDEO

Hazırda oxunan: Qaradağda hərbi sursatlar aşkarlandı, əraziyə giriş məhdudlaşdırıldı - VİDEO

63108

Qaradağda hərbi sursatlar aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Əvvəlcə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb. Sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd 125 mm-lik BK-14M mərmisi, 2 ədəd 125 mm-lik OF-26 mərmisi, 1 ədəd PQ-9 reaktiv qumbara, 3 ədəd OQ-9, 1 ədəd OQ-7V və təlim-atış məqsədli 9 ədəd PQ-9 reaktiv qumbaralarının fraqmentləri, 33 ədəd PQ-7 VM və OQ-9 qumbaralarının hissələri olduğu müəyyən edilib". 

"Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib", - FHN-dən qeyd edilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO