Bakıda AİLƏ FACİƏSİ – Qadın öldürüldü, anası və qardaşı bıçaqlandı

Bakıda AİLƏ FACİƏSİ – Qadın öldürüldü, anası və qardaşı bıçaqlandı

Hazırda oxunan: Bakıda AİLƏ FACİƏSİ – Qadın öldürüldü, anası və qardaşı bıçaqlandı

62282

Bakıda qadın qətlə yetirilib, qardaşı və anası xəsarət alıb.

Bu barədə Bizim.Media-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib. 

Fevralın 25-i saat Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. 

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirmiş, nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölmüşdür. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə kişi əmisi qızının başını kəsdi


Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO