Saytımızın 2 noyabr 2014-cü il tarixində Bakı şəhərinin keçmiş baş memarı Elbay Qasımzadənin nəvəsi 16 yaşlı Sənan Mirzəyevin dünyasını dəyişdiyi qəzadan və bu qəza ilə bağlı başladılan cinayət işinin “qəhətə çıxmasından” bəhs etmişik. (//www.moderator.az/?xeber=60211 )
Bununla bağlı
Moderator.az-a müraciət edən E.Qasımzadə saytımıza təşəkkürünü bildirməklə
yanaşı, cinayət işi ilə bağlı son yeniliklər haqqında da məlumat verib.
Redaksiyamıza daxil olan müraciəti olduğu kimi oxucularımızın diqqətinə
çatdırırq:
“Hörmətli cənablar. Saytınızda
ailəmizin faciəsiylə bağlı narahatçılığınızı bildirdiyiniz üçün təşəkkürümüzü
bildirirəm. Məlumunuz olsun ki, cinayət işi yoxa çıxmayıb. Bakı Şəhər Baş Polis
İdarəsi tərəfindən istintaq aparılır. Bakı Şəhər Prokurorluğu tərəfindən
işin gedişatına nəzarət olunur. Prosedur çərçivəsində eksperlər təyin
olunmuşdur. Düzdür, istintaq tam müvəffəqiyyətlə getmir. Səbəbi dindirilmiş və dindiriləcək şəxslərin içində hadisənin əsas
istrakçılarından birisi olan İlham Asif oğlu Əsgərlinin Ankarada müalicədə olması və bu səbəbdən də
hələlik ifadə verməməsidir. Lakin bu istiqamətdə də istintaq tərəfindən müəyyən
addımlar atılır.Əlbəttə, bunların heç biri bizim övladımız Sənanı bizə
qaytarmayacaqdır. Sadəcə olaraq, istintaqın tam şəkildə ədalətli nəticəyə gəlməsini
və məsuliyyətlərin müəyyənləşdirilməsi arzusundayıq”.




























































































