Bir ailənin öldüyü qəzanın baş verdiyi yol bərpa olundu - FOTO/VİDEO

Bir ailənin öldüyü qəzanın baş verdiyi yol bərpa olundu - FOTO/VİDEO

Hazırda oxunan: Bir ailənin öldüyü qəzanın baş verdiyi yol bərpa olundu - FOTO/VİDEO

60878

Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də yolun nahamar hissəsi təmir olunub.

Bizim.Media xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb. 

İstifadəçilərdən biri yolun çökək olan hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dünən səhər tezdən tələsik təmir edildiyini iddia edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusara yasa gedən ailənin öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı – ANBAAN VİDEO


Xatırladaq ki, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər.

İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb.

Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO