Təhsil nazirindən şagirdlərin dərsdə telefon işlətməsinə MÜNASİBƏT 

Təhsil nazirindən şagirdlərin dərsdə telefon işlətməsinə MÜNASİBƏT 

Hazırda oxunan: Təhsil nazirindən şagirdlərin dərsdə telefon işlətməsinə MÜNASİBƏT 

0:00
0:00
60750

Təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində şagirdlərin dərs zamanı telefon işlətməsinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir deyib: 

"İndi hamının cibində bir telefon var. Uşaqlar isə həmişə məktəbdə nadinclik edib. Siz də oxuyanda edib. Əgər desəniz etməyib, mən sizə inanmaram. Bizim də vaxtımızda ediblər. Ona görə də şagird nadincliyinin video lentə alınıb xəbər başlıqlarında yazılmasında iki şey dəyişib:

Onun videoya çəkilməsi və xəbər başlığına çıxarılması. Əvvəllər bu, baş vermirdi. Amma şagird nadincliyi baş verirdi. Ona görə də cəmiyyətimizdə çox da böyük bir dəyişiklik baş verməyib.

Telefonların yığılmasına gəlincə, bu məktəblərin daxili qaydaları ilə tənzimlənir. Bu şagirdlərə, müəllimlərə bir inam məsələsidir. Bu mərkəzləşmiş bir qaydada qərarla tənzimlənir. Telefon müəyyən mənada şagirdə lazımdır ki, valideyn onu axtarır, əlaqə vasitəsidir. Şagirdlərdən telefonların yığılması ilə bağlı məktəblər özləri qərar verə və icra edə bilərlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO