Şuşa və Ağdama qaz xətləri bu marşrutla çəkiləcək – RƏSMİ  

Şuşa və Ağdama qaz xətləri bu marşrutla çəkiləcək – RƏSMİ  

Hazırda oxunan: Şuşa və Ağdama qaz xətləri bu marşrutla çəkiləcək – RƏSMİ  

60711

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib. 

Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib. 

Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. 

"Buna paralel olaraq layihələndirmə işləri də aparıırıq. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı planlaşdırırıq. Şuşa şəhəri üzrə layihələndirmə isə müəyyən qədər vaxt aparacaq. Dövlətin qərarı olduqdan və maliyyələşmə məsələləri həll edildikdən sonra artıq bilavasitə şəhərdaxili qaz şəbəkəsi yaradılacaq", - deyə T.Cəfərov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO