Bu gün Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 43-cü km-də, Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Qusarda ailə faciəsi - BİR GÜNDƏ 8 NƏFƏR ÖLDÜ
Bakının Suraxanı rayon sakini, 37 yaşlı Seymur Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Quba istiqamətinə gedərkən avtomobil metal konstruksiyalı arakəsməyə dəyərək körpüdən aşıb.
Qəza nəticəsində sürücü, 34 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı Fidan Ələkbərova və 1 yaşlı övladı Həmzə Əliyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində ölən Fidan Ələkbərovanın bacısı və bütün ailə üzvüləri bu gün Qusarda dəm qazından zəhərlənərək ölüblər. F.Ələkbərova onların yas mərasiminə gedirmiş.
Aytəkin Alxaslı, Bizim.Media