Göygöl sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

Göygöl sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

Hazırda oxunan: Göygöl sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

60652

Göygöl rayonunda qonşunu bıçaqla vuranın şəxsiyyəti məlum olub. Bu, 1993-cü il təvəllüdlü Muradov Xəyyam Alagöz oğludur. 

Onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

***

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mübariz Yusibov ayaq budunun 3 ədəd kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. 

İlkin məlumata əsasən, M.Yusibov qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO