Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Hazırda oxunan: Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

606337

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi millət vəkillərinin İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini birdəfəlik qadağan edən qanun layihəsini nəzərdən keçirdiklərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında dərc olunub.

Onun sözlərinə görə, təşəbbüs İsrailə gedən bütün gəmiləri qadağan etməyi təklif edir.
 

Qanun layihəsi həm də düşmən sayılan və ya İranın təhlükəsizliyinə qarşı fəaliyyət göstərən dövlətlərlə əməkdaşlıq edən ölkələrdən gələn gəmilərə qadağa qoyulmasını tələb edir.


Əzizi əlavə edib ki, qanun layihəsi boğazdan keçid üçün İran valyutası ilə ödəniş təklif etməklə rüsum tətbiq edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO