Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Hazırda oxunan: Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

606321

“Süni intellektdən bir çox sahədə istifadə olunur. Amma bir çox hallarda biz görürük ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox mədəniyyətə və siyasətə inteqrasiya edir. Vətəndaşların hüquqlarının pozulması, onların müəllifliyinin və yaxud da siyasi həyatının başqa formada cəmiyyətə çatdırılması halları müşahidə olunur. 

Xüsusilə də, əxlaqi və mənəviyyatı aşılanmış, Azərbaycandan qadın paltarında qaçan bir qrup insanlar, o cümlədən başqa-başqa aşağılayıcı ad altında sığınacaq alan insanlar bu gün süni intellektdən istifadə edərək Azərbaycan dövlətinə, Azərbaycan ordusuna, Azərbaycan xalqına qarşı olmazın iftiralarını, yalanlarını sərgiləyirlər. Onlar süni intellektdən istifadə edərək müxtəlif insanların şəkillərini saxtalaşdırmaqla və təhrif olunmuş məlumatlar yayırlar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu qanun layihəsi həm beynəlxalq hüququn tələblərinə, eyni zamanda Avropa İttifaqına və Avropa Şurasına daxil olan ölkələrin qanunvericiliyinə uyğun şəkildə hazırlanmış bir qanun layihəsidir:
 

“Yəni sabah həmin ölkələrin ərazisində yaşayan hər hansı bir şəxs tərəfindən Azərbaycan vətəndaşının hüquqları pozularsa və bununla bağlı cinayət və ya inzibati məsuliyyət məsələsi qaldırılarsa, həmin ölkə deyə bilməsin ki, bizdə belə bir qanun yoxdur və buna görə tədbir görə bilmədik. Ona görə də biz onların özlərinin apardığı siyasi yoldan istifadə etməli və bu məsələləri ciddi şəkildə gündəmdə saxlamalıyıq. 


Eyni zamanda çalışmalıyıq ki, bu kimi halların gənclər və uşaqlar arasında geniş yayılmasının qarşısını alaq. Çünki bunun ən böyük təsiri məhz gənclərə və uşaqlara olur. Onlar da birbaşa süni intellektdən istifadə edir və nəticə etibarilə bu, onların psixologiyasına ciddi təsir göstərir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO