İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

606315

İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 

Qərara əsasən, hüquqi və fiziki şəxslər onlara məxsus ərazidən keçən şəbəkənin toxunulmazlığını, istismarı və təmir-bərpa işlərinin aparılması ilə bağlı şəraitin yaradılmasını təmin etməlidirlər.


Belə ki, şəbəkənin mühafizə zonaları dəmir yollarının, avtomobil yollarının, elektrik şəbəkələrinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşərsə, bu obyektlərin istismarı ilə əlaqədar aparılan işlər maraqlı tərəflər arasında razılaşdırılacaq.

Qeyd olunur ki, paylayıcı təqdim olunmuş ərizəyə ərizənin qeydiyyata alındığı tarixdən üç iş günü müddətində şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina edilməsi haqqında inzibati akt tərtib edir.

Ərizəçi şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı qəbul edilən inzibati aktla razılaşmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Hüquqi və ya fiziki şəxslər torpaq işləri apararkən işlərin görülməsi sənədlərində göstərilməyən şəbəkə aşkar etdikdə dərhal işləri dayandırmalı, paylayıcıya və ya müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

Tikinti obyektlərinin tikintisi (o cümlədən yenidən qurulması), habelə digər ehtiyaclarla bağlı mühafizə zonasından istifadə və ya istilik şəbəkələrinin yenidən qurulması və ya köçürülməsi zərurəti olduqda hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında şəbəkənin yerinin dəyişdirilməsi və ya köçürülməsi paylayıcı tərəfindən verilən texniki şərtlərə uyğun olaraq müraciət edən şəxslərin vəsaiti hesabına icra edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO