“Gələn pasiyentlərin hamısı bizdən razı gedə bilməz” – TƏBİB rəsmisi

“Gələn pasiyentlərin hamısı bizdən razı gedə bilməz” – TƏBİB rəsmisi

Hazırda oxunan: “Gələn pasiyentlərin hamısı bizdən razı gedə bilməz” – TƏBİB rəsmisi

0:00
0:00
60594

TƏBİB  bölgələrin  mərkəzi xəstəxanalarında ictimaiyyətlə əlaqələr şöbəsi yaradıb və artıq müəyyən müddətdir yerlərdə  yeni şöbələr fəaliyyətə başlayıb.

Rayon səhiyyə ocaqlarında mətbuat xidmətlərinin yaradılması baş verən olay və yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılması  və qeydə alınan neqativ hallara qarşı təcili reaksiyaların verilməsi məqsədini daşıyır.

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsini müvəqqəti icra edən Kamran Paşayev də Bizim.Media-ya yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsinin işindən və yaranma zərurətindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi və TƏBİB-dən vətəndaşlara MÜRACİƏT 


Bildirib ki, baş verən hadisəni çevik şəkildə insanlara çatdırmaq, səslənən irad və nöqsanlara qarşı həssaslıqla yanaşıb təxirə salmadan tədbir görmək  zərurətindən belə şöbələr yaradılıb və bizim şöbə əməkdaşı da bütün məsələlərə konstruktiv yanaşma tərzi nümayiş etdirməlidir: 

"Bizim müəssisə  işçi sayına görə rayonda  ən böyük idarələrdən biridir. 900-ə yaxın işçimiz var. Sözsüz ki, nöqsanlarımız da olmamış deyil. Gələn pasiyentlərin hamısı bizdən razı gedə bilməz. Artıq söz-söhbətlərə yol verilməməsi üçün belə şöbələrin fəaliyyət göstərməsi yalnız ümumi işimizə çox fayda verə bilər".

Qusar rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anjela Zalova isə işini bu istiqamətdə daha da  səmərəli şəkildə quracağını, ictimaiyyətə və media nümayəndələrinə açıq olacağını deyib.


Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO