Ukrayna prezidentinin saxta şokoladları- VİDEO

Ukrayna prezidentinin saxta şokoladları- VİDEO

Hazırda oxunan: Ukrayna prezidentinin saxta şokoladları- VİDEO

60579
Ukrayna  prezidenti , məşhur biznesmen  Pyotr  Poroşenkoya məxsus  şirkətin  Azərbaycandakı filalı haqqında ilginc məlumat əldə etmişik.


Bir  neçə  saat bundan öncə Avropa.info keçmiş SSRİ məkanında məşhur olan  "Roşen" Şirkətinin Azərbaycan filalının vətəndaşlara vaxtı keçmiş məhsulları sırımaqla məşğul olduğu haqda məlumat vermişdi. Şirkətin Azərbaycan filialının  rəhbəri, Tibbi Unversitetinin müəllimi Akif  Hacıyevin tapşırığı ilə 10 ildir ki davam edən prosesə "Roşen"in  mərkəzi ofisinin də razılıq verdiyinin üzə çıxdığını da qeyd etmişdik. 

Əldə etdiyimiz məlumata görə, artıq uzun illərdir ki, vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün, "Roşen"in mərkəzi ofisindən  Azərbaycana  üstündə  istifadə  vaxtı  təzə  göstərilən boş  qutular və  etketlər göndərilir. 

Vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in  Azərbaycan filialının  Sumqayıt şəhəri, Bakının Badamdar  və  Bakıxanov  qəsəbələrində, Bakı Şampan Zavodu ərazisindəki   xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə  "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə  sırınır. 

Avropa.info-nun əldə etdiyi məlumata görə, bu işləri həyata keçirmək üçün, şirkətin  Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu cinayət əməlinə cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar. 

Təqribən 2 ay öncə isə, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərüffat sahəsində  yerləşən və "Roşen"in  xəlvəti  saxta etket vurma anbarında fəhlələrlə , şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs , rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar. 

Bu gün isə, bu qanunsuzluğa etiraz edən  "Roşen"in vaqonboşlatma  üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, bu fəhlələr  uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla  qeyri- qanuni olaraq əmək müqaviləsi bağlanmayıbmış.

Avropa.info məsələylə bağlı  "Roşen"in  Azərbaycandakı filialının direktor müavini Şahbala İsgəndərovun mövqeyini öyrənmək istəmişdi.  Direktor müavini  hələ bizim saytla bağlı araşdırma aparacaqlarını və bundan sonra cavab vermək məsələsində məsləhətləşəcəyini deyib. 

"Nə bilim bəlkə siz yoldan ötənin birisiniz. Mən elə hər yoldan ötənə cavab verməliyəm?".

Avropa.info "Roşen" Şirkətinin  Azərbaycan filialının gizli anbarlarda  vaxtı keçmiş məhsullara yeni etiket vurduğunu əks etdirən gizli video görüntülər əldə edib. Qeyd edək ki, video görüntülər "Roşen"in gizli anbarlarından anban çəkilib. Həmin sensasion video görüntüləri təqdim edirik. 

Xatırladaq ki, köhnə məhsulların yeni etketlərlə dövrüyəyə buraxmaq fəaliyyətinə məhz bu gün Avropa.info adlı saytı tanımaq istəməyən və bizim saytı araşdıracağını bildirən Şahbala İsgəndərov və Sabirabadlı Sarvan kimi tanınan şəxs durur. 

avropa.info
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO